SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlərdə baş verən günəş fırtınalarını araşdıran NASA, ölümcül gücə malik günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə biləcəyini açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yeni baş verən günəş tufanında Yerin maqnit sahəsində çatlar əmələ gəlib.

Məlumata görə, baş verəcək belə günəş fırtınaları cəmi 30 dəqiqə əvvəl bəşəriyyətə məlum olur və onların təsiri bir neçə həftə davam edir.

NASA rəsmilərinin açıqlamalarına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Buna  hazırlaşmaq üçün cəmi 30 dəqiqə vaxt olacaq.

Bu halda insanlar həm də sağ qalma dəsti yaratmaq və rəqəmsal sənədlərin kağız nüsxəsini almağa hazırlaşmalıdırlar.

Mütəxəssislərin hesabatlarına görə, Günəşdəki partlayış nəticəsində yaranan hissəciklər Yer kürəsinin ətrafında fırlanan peykləri poza bilər və ehtimal 50 faiz civarındadır. Eyni zamanda, mütəxəssislər elektrik enerjisinin kəsilməsi ehtimalının olduğunu da diqqətə çatdırıblar.

Sözügedən axın Yerdəki bir çox texnoloji cihazı sıradan çıxara bilən radiasiya ehtiva edir.

BAKU.WS