SİZİN REKLAM BURADA!
055 213 76 73


"Kurtlar vadisi" serialında Elif obrazı ilə məşhurlaşan aktrisa Özgü Namal 9 ildən sonra çəkiliş meydanına qayıdır. 

BAKU.WS xəbər verir ki, reytinqli layihədən sonra karyerasına fasilələr verərək davam edən Özgüyə həddən artıq rol təklifləri gəlib.

Köyceğizdə iki uşağı ilə sakit və hüzurlu həyat yaşayan aktrisa yeni layihələrdən birində çəkilməyi qəbul edib. O, yeni serialı üçün "Gold Film" rəhbəri Faruk Turgutla razılaşıb. Layihənin çəkilişlərinə yaxın zamanlarda start veriləcək. 

Özgünün “Kızıl Goncalar“ adlı serialı növbəti mövsümün ən iddialı ekran işlərindən biri olacaq.

Aktrisanın serialda hansı obrazı canlandıracağı isə hələ ki, açıqlanmayıb. 

BAKU.WS