SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən varlı adamı, “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun sahibi Bernar Arno səhmlərin düşməsi səbəbindən bir gündə 11,2 milyard dollar itirib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Parisdə yerləşən “Euronext” birjasında LVMH səhmləri mayın 23-də keçirilən ticarət zamanı beş faiz ucuzlaşıb.

Xatırladaq ki, Arno 2022-ci ilin ən zəngin iş adamıdır. O, LVMH səhmlərinin düşməsindən sonra da bu statusu qoruyub saxlayıb - onun sərvəti 191,6 milyard dollardır.

BAKU.WS