SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanının ən varlı adamı, "Louis Vuitton Moet Hennessy"nin (LVMH) rəhbəri Bernard Arnault bir gündə 11,2 milyard dollar itirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg"in yaydığı məlumatda bildirilib.

LVMH səhmləri zəifləyən ABŞ iqtisadiyyatının dəbdəbəli mallara tələbi azaldacağı qorxusu fonunda düşüb.

Bu səbəbdən Arnault bir gündə 11,2 milyard dollar itirib.

Milyarderin hazırki sərvəti 191,6 milyard dollardır.

BAKU.WS