SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Cennifer Lopez ilk dəfə övladları ilə bağlı etiraf edib.

BAKU.WS xəbər verir ki, 53 yaşlı sənətçi məşhurluğunun əkizləri Emma və Maksa mənfi təsir etdiyindən danışıb: 

"Məşhur insanların övladı olmağı hər kəs dərk edə bilməz. Mən onları çox yaxşı anlayıram. Çünki bu həyatı onlar seçmədilər. Uşaqlarım bir otağa girəndə artıq insanların onlar haqqında nə düşündüklərini bilirlər. Heç kim onları olduqları kimi görmür. Sadəcə bizim uşaqlarımız kimi tanıyırlar.

Onları qorumağa çalışıram. Tanımadıqları insanlar tərəfindən ittiham edilməyim onlara pis təsir edir və bu, onlara özləri kimi davranmağa mane olur. Davamlı olaraq kameralar tərəfindən izləndiklərini bilirlər. Bunu onlara mən etdim. Bir ana olaraq bunda özümü günahlandırıram".

 Xatırladaq ki, Emma və Maks hazırda 15 yaşındadırlar. Onlar Lopezin müğənni Mark Etnoni ilə evliliyindən dünyaya gələn övladlarıdır. 

BAKU.WS