SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Zonquldak bölgəsində dəhşətli hadisə baş verib. 

BAKU.WS xəbər verir ki, Furkan Sevinç adlı kişi evində gecələdiyi M.Ö. adlı qadının iki yaşlı qızı Nisa Nura təcavüz edib. 

Sabah oyanan zaman M.Ö. 8 yaşlı böyük qızı ilə marketə gedib. Evdə tək qalan Furkan iki yaşlı körpəni zorlayıb. Bu hadisədən sonra uşağın ürəyi gedib. Furkan ona şillə vuraraq ayıltmağa çalışıb. Lakin körpənin oyanmadığını gördükdə onu təcili olaraq xəstəxanaya aparıb. 

O, özünü həkimlərə uşağın dayısı kimi təqdim edib. Uşaq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Daha sonra uşağın cinsi istismara məruz qaldığı məlum olub. Furkan Sevinç tutularaq həbs edilib. M.Ö.-nün digər azyaşlı qızı ondan alınaraq uşaq evinə verilib. 

BAKU.WS
VİDEO