SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər il mayın 19-u Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü kimi qeyd edilir. 

BAKU.WS xəbər verir ki, bir çox türkiyəli məşhur bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərini təbrik edib. 

Aktrisa Beren Saatın təbriki isə səs-küyə səbəb olub. Belə ki, Beren təbrik yazarkən bayramları qarışdırıb.

O, 19 May - Atatürkü Anma, Gənclik və İdman Günü bayramını, 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı ilə səhv salıb. 

Beren Saat 19 may günü sosial şəbəkədə paylaşım edərək izləyicilərini 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edib. 

Berenin bu səhvi etirazlara səbəb olub. İzləyicilər onun postunun altına tənqid dolu şərhlər yazıblar. 

Xatırladaq ki, 19 may tarixinin Atatürkü Anma, Gənclik və İdman Günü kimi qeyd olunması Türkiyədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır. Bu günə qədər bu bayram Türkiyədə böyük təntənə ilə qeyd edilir.

BAKU.WS
QALEREYA