SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın paytaxtı Moskvanın bir neçə rayonunda quş qripi ilə əlaqədar karantin elan edilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin sərəncam imzalayıb.

Məlumata görə, şəhərin Bratyevo, Kapotnya, Marino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo rayonlarında karantin elan edilib.

Paytaxtın bu ərazilərində karantin müddətində quşların və inkubasiya yumurtalarının idxalı və ixracı, quş yeminin tədarükü və ixracı, kənd təsərrüfatı yarmarkalarının keçirilməsi qadağan ediləcək.

BAKU.WS