SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniya kralı III Çarlz üçün Londonda yerləşən tarixi "Westminster Abbey" kilsəsində tac qoyma mərasimi keçirildi.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, tac qoyma bitsə də, ölkə ərazisində bununla bağlı təşkil edilən tədbirlər davam edir.

Bu münasibətlə mərkəzi ərazilərdən birində nəhəng tac hazırlanaraq ictimaiyyətin ziyarətinə təqdim edilib. 5 metr uzunluğu olan tac 300 kiloqram ağırlığındadır.

Onun hazırlanmasında 36 fərqli rəngli şüşədən istifadə edilib. Tac mayın 11-nə qədər ziyarətə açıq olacaq. Hazırlanan nəhəng tac xeyli marağa səbəb olub. Yerli sakinlər və turistlər bura gələrək fotolar çəkdiriblər. 

BAKU.WS