SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollandiyanın paytaxtı Amsterdamda PKK terror təşkilatının bir qrup tərəfdarı 14 may seçkilərinə xaricdə səs verən Türkiyə vətəndaşları üçün təşkil edilən seçki məntəqəsində təxribat törədib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Hadisə RAİ Konqres Mərkəzində qeydə alınıb.

Məlumata görə, PKK tərəfdarları bəzi "Cumhur İttifakı" müşahidəçilərinə şifahi şəkildə sataşıblar. Daha sonra PKK tərəfdarları fiziki hücumlara başlayıb.

Müşahidəçilər hadisə yerindən uzaqlaşdırılıb.

Hadisə yerinə gələn çox sayda polis dəyənək və itlərlə hücum edən qrupa müdaxilə edib.

Hücuma məruz qalanlara tibb işçiləri yardım göstərib.

BAKU.WS
QALEREYA