SİZİN REKLAM BURADA!
055 213 76 73


Qalmaqallı xəyanət görüntülərindən sonra gündəmdən düşməyən Neslihan Atagül və Kadir Doğulu cütlüyündən xəbər var.

BAKU.WS Türiyə KİV-ə istinadən xəbər verir ki, Neslihan anasını həyatından çıxarıb.

Belə ki, o, qızının xəyanət görüntüləri yayılan Kadirdən ayrılmağını istəyib. Lakin Neslihan ona qarşı çıxıb. Kadirin ona daha yaxın olduğunu deyən aktrisa anasını silib.

Qeyd edək ki, Kadirin Alaçatıda dostları ilə əylənərkən bir qadınla səmimi görüntüləri yayılıb. Bundan sonra Neslihanın onun bağışlamayacağı iddiaları yayılsa da, cütlük heç nə olmamış kimi "Formula 1" üçün Bakıya gəldi.

Onlar hər şeyin yaxşı olduğunu, həyatlarının əvvəlki kimi davam etdiyini bildirdilər.

Xatırladaq ki, Neslihan 1992-ci ildə İstanbulda dünyaya gəlib. Onun anası rus, atası isə çərkəz əsillidir. Neslihan aktrisa kimi karyerasına ilk dəfə 2006-2010-cu illərdə yayımlanan "Yaprak dökümü" serialında Deniz obrazı ilə başlayıb. 

 

BAKU.WS