SİZİN REKLAM BURADA!
055 213 76 73


Ali Məhkəmədə xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Valeh Nəbiyevin (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Valeh Nəbiyev qəsdən digərləri ilə birlikdə dini düşmənçilik zəminində Pakistan İslam Respublikası və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə 25 noyabr 2010-cu il tarixdə Astara sərhəd keçid məntəqəsindən keçərək İranın Zahidan şəhərinə gəlib. O, orada təxminən 20 gün qaldıqdan sonra Abdulla Azzam adlı şəxs vasitəsilə İran-Pakistan dövlət sərhədini keçərək Şimali Vəzistan vilayətinə gəlib.

Valeh “Taliban’’ hərəkatının nəzarəti altında fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşməyə daxil olaraq həmin hərəkatın hərbi düşərgəsinə aparılıb, orada odlu silahlardan istifadə etmə, atəş açma və fiziki hazırlıq təlimləri keçib. Təlimlər başa çatdıqdan sonra silahlı birləşmə tərəfindən ona “Kalaşnikov” markalı avtomat verilməklə silahlı birləşmənin tərkibinə qatılmaq məqsədilə qəsdən silahlı birləşmənin fəaliyyətində 2010-cu ilin dekabr ayının sonlarından 2011-ci ilin may ayının sonlarınadək iştirak edərək 06 iyul 2011-ci il tarixdə Azərbaycana geri qayıdıb.

Cinayət materiallarında qeyd edilib ki, Valeh Nəbiyev həm Azərbaycanın, həm də Pakistanın qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmayıb.

Bundan başqa, təqsirləndirilən şəxs 17 iyul 2013-cü il tarixdə Türkiyəyə gedərək təkrarən qəsdən dini düşmənçilik zəminində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Suriya Ərəb Respublikası ərazisində yaradılmış İŞİD terror təşkilatının tərkibində həmin dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan “Əbu Yəhya” dini ləqəbli Aşurov Nicat Qəzənfər oğlunun rəhbərlik etdiyi silahlı birləşmənin tərkibinə qoşulub.

O, özünün əldə etdiyi “Kalaşnikov” markalı avtomat silahı ilə 2013-cü ilin iyul ayının ortalarından 2014-cü ilin fevral ayının əvvəllərinədək həmin qanunsuz silahlı birləşmənin nəzarətindəki ərazilərdə yerləşən postların mühafizəsini həyata keçirməklə qeyd olunan cinayətkar birliyin (təşkilatın) fəaliyyətində iştirak edib. Valeh 12 fevral 2014-cü il tarixdə Azərbaycana qayıtıb. O, həm Azərbaycanın, həm də Suriyanın qanunvericiliyinə görə cinayət sayılan həmin əməllərə görə xarici dövlətlərdə məhkum olunmayıb.

BAKU.WS