SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda 44 günlük müharibə və hərbi vəziyyət zamanı bölmələri icazəsiz tərk etmə, fərarilik və xidmətdən imtina etmə maddələri ilə 756 nəfərə qarşı ittiham irəli sürülüb. Müharibə dövrü 10 min 687 şəxs barəsində cinayət işi başlansa da, indiyədək cəmi 143 iş məhkəməyə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Buna qədər Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bildirmişdi ki, 44 günlük müharibə zamanı 11 min fərari olub.

Baş Prokurorluğun məlumatına görə, 44 günlük müharibə və hərbi vəziyyət dövründə (27 sentyabr 2020-ci il tarixindən 24 mart 2021-ci il tarixədək) hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etmə, hərbi xidmətdən imtina, habelə digər maddələrlə birlikdə 10 min 687 şəxs barəsində 1786 cinayət işi başlanıb.

Bu üç maddə üzrə müvafiq olaraq 180, 132 və 444 vətəndaş təqsirləndirilən şəxs qismində cəlb edilib. 143 şəxs üzrə 118 iş məhkəməyə göndərilib.

BAKU.WS