SİZİN REKLAM BURADA!
055 213 76 73


Finlandiya hakimiyyəti Avropa İttifaqının sanksiyalarına əsasən Helsinkidə Rusiya Elm və Mədəniyyət Mərkəzinin binasına həbs qoyub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, bu aktivlərə məhdudiyyətlərin tətbiqi barədə qərar dövlət məhkəmə icraçıları tərəfindən Xarici İşlər Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar bir həftə əvvəl qəbul edilib.

Həbs müddətində Rusiya və onun strukturlarına sahəsi 3,3 min kvadratmetrdən çox olan bu əmlakı təhvil vermək və ya girov qoymağa icazə verilmir.

BAKU.WS