SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyaca məşhur qolfçu Tayqer Vudsun 1997-ci ildə "Masters" turnirində 9 yaşlı uşağa hədiyyə etdiyi qolf topu hərracda 64 min dollardan baha qiymətə satılıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumatı BBC  yayıb.

Martın 27-də 500 dollarlıq ilkin təkliflə hərraca çıxarılan top 64 min 124 dollara satılıb.

Qeyd olunur ki, 1997-ci ildə "Masters" turnirində Vuds ilk böyük çempionluğunu qazanıb və bu çepionluq onu "Masters"i qazanan ən gənc oyunçu edib.

Sözügedən çempionat Vudsun karyerasını müəyyənləşdirib.

Golden Age hərrac evi satılan topun finaldan qalan yeganə top olduğunu açıqlayıb.

BAKU.WS