SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Hatay vilayətində baş verən zəlzələni öncədən proqnozlaşdıran seysmoloq, professor Naci Görür bu dəfə başqa ərazilərdə baş verə biləcək təbii fəlakətlərə görə xəbərdarlıq edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, seysmoloq baş verəcək təbii fəlakətlərin 7.4 bal gücündə olacağını açıqlayıb:

“Ərzincan, Bingöl-Karlıova arasında 7.4 böyüklüyündə zəlzələ gözləyirik. Burada sonuncu dəfə təbii fəlakət 1790-cı illərdə baş verib. Bingöl Karlıova ilə Bingöl Göynük arasında da 7.2 gücündə zəlzələ ola bilər. Təbii fəlakətin cənub-şərqi Anadolu, xüsusilə də Adıyaman və Hakkari arasında olması gözlənilir.

Naci Görür yaxın 20 il ərzində Türkiyəni zəlzələyə davamlı hala gətirməyin prioritet məsələ olduğunu vurğulayıb:

“Hazırda İstanbulda su-kanalizasiya sisteminin zəlzələyə davamlı olmadığını da bilirik. Əgər bunun qarşısı alınmazsa yaranan xəstəliklər ən az zəlzələ qədər təhlükəli vəziyyət alaraq kütləvi insan tələfatına gətirib çıxaracaq”.

BAKU.WS