SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Haluk Levent sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram səhifəsində Türkiyədə 1999-cu ildə baş verən zəlzələ ərazisində lentə alınan videosunu paylaşıb.

Görüntülərdə Haluk “Hani Benim Olacaktın” adlı ifasını uşaqlarla birgə oxuyub.

Bu il Türkiyədə yenidən “Əsrin fəlakəti” baş verdiyindən sözügedən görüntülər 24 il sonra zəlzələ bölgələrindən birində təkrarlanıb.

Belə ki, sənətçi yenə də uşaqları bir araya yığaraq onlar üçün gitarada mahnı ifa edib. Bu dəfə Haluk son zamanların məşhur hiti “Elfida”nı oxuyub.

Hər iki görüntü sosial şəbəkə istifadəçilərini kövrəldərək onlara duyğulu anlar yaşadıb. Videoya qısa müddətdə xeyli bəyənmə gələrək çoxsaylı şərhlər yazılıb.

Xatırladaq ki, 1999 cu il avqustun 17-də Türkiyədə 7.4 bal gücündə zəlzələ baş verib.

45 saniyə davam edən təbii fəlakət nəticəsində 17 min 480 insan hayatını itirib, 43 min 953 sakin isə yaralı vəziyyətdə dağıntılar altından xilas edilib.

BAKU.WS
VİDEO