SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusunun Ukraynanın Slovyansk şəhərinə iki "S-300" raketi atması nəticəsində 2 nəfər ölüb, 29 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, məlumatı UNIAN-nın teleqram kanalı yayıb.

Raket zərbələri nəticəsində 7 çoxmərtəbəli binaya və 5 şəxsi evə ziyan dəyib.

Həmçinin Rusiya ordusu Ukraynanın Drujkovka rayonuna da "S-300" zenit-raket kompleksi ilə zərbə endirib.

Raketlərdən ikisi uşaq internat-evinə düşərək binanı tamamilə dağıdıb.

***15:45

Rusiya Silahlı Qüvvələri Slovyanskı atəşə tutub.

BAKU.WS-in xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski şəxsi feysbuk hesabında paylaşım edib.

"Rusiya Federasiyası tərəfindən terrorla başlayan digər bir gün. İşğalçı dövlət bizim Slovyanskımızı atəşə tutub. Təəssüf ki, ölən və yaralananlar var. Bütün xidmətlər hadisə yerində çalışır. Yardım göstərilir. Dağıntıların təmizlənməsi davam edir.

Düşmən bilməlidir: Xalqımıza verilən işgəncələri bağışlamayacağıq, Ukrayna bu ölümləri və yaraları bağışlamayacaq. Bütün rus terrorçuları məğlub olacaq. Bu təcavüzdə əli olan hər kəs cavab verəcək", - deyə Zelenski bildirib.

Son məlumatlara görə, hadisə nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO