SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Şanlıurfa bölgəsi yenidən daşqınlara məruz qalıb. 

BAKU.WS xəbər verir ki, təbii fəlakət nəticəsində yollar gölə dönüb, evləri isə su basıb. Axşam saatlarından davam edən kəskin yağış həyatı iflic edib. 

Dərələrdə su daşıb. Təbii fəlakət daha çox Karaköprü, Eyyubiye və Haliliye ərazilərini vurub. 

Qeyd edək ki, bir neçə gün əvvəl Şanlıurfada baş verən daşqınlar zamanı 17 sakin həyatını itirib. 


BAKU.WS
VİDEO