SİZİN REKLAM BURADA!
055 213 76 73


"Survivor 2023" iştirakçılarından olan Nefise Karatayın oxuduğu mahnı müzakirələrə səbəb olub. 

BAKU.WS xəbər verir ki, o, "Survivor 2023 Birləşmə Parti"sində müğənni Aleyna Tilkinin "Sen olsan bari" mahnısını səsləndirib. Nefise bu performansından çox razı qalıb. Lakin qiymətləndirmə zamanı o, "Survivor"ın aparıcısı Acun Ilıcalıdan sadəcə 2 xal ala bilib. 

23 yaşlı Karatay ona verilən xala təəccüblənib, nəticə ilə razı olmayan Nefisenin əhvalı korlanıb.

Sözügedən video qardaş ölkə mətbuatında yayılaraq gündəm olub. Bir çox onlayn platformalarda paylaşılaraq, "Fikrinizcə bu ifa necədir?", - sualı ilə sosial şəbəkə istifadəçilərinə müraciət edilib. Onların mahnını bəyənib-bəyənmədikləri soruşulub. 

BAKU.WS Nefise Karatayın sözügedən ifasını təqdim edir:

BAKU.WS
VİDEO