SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar yeni "Bayraktar TB3" PUA-sının görüntülərini paylaşıb.

BAKU.WS-in məlumatına görə, Bayraktar fotoları tvitter hesabında yayımlayıb.

O, qeyd edib ki, fotolar Ramazan ayından əvvəl çəkilib.

Texniki direktorun sözlərinə görə, "Bayraktar TB"nin yeni modeli qanadları qatlama qabiliyyətinə malikdir və bu növdə olan ilk PUA-dır.

"Böyük qardaşı #KIZILELMA-dan sonra ilk uçuşu üçün gün sayır", - deyə S.Bayraktar qeyd edib.

BAKU.WS