SİZİN REKLAM BURADA!
055 213 76 73


"Meta" şirkətinin baş direktoru, feysbukun qurucusu Mark Zukerberq və həyat yoldaşı Priscilla Çanın üçüncü qız övladı dünyaya gəlib.

BAKU.WS-in xəbərinə görə, bu barədə Zukerberq instaqram hesabında paylaşım edib.

Övladının fotolarını izləyiciləriylə bölüşən Mark paylaşımına "Kiçik bir nemət" sözlərini yazıb.

Qeyd edək ki, Zukerberq və Çan 2003-ci ildə tanış olub, 9 il sonra ailə qurub. 2015-ci ilin dekabrında onların ilk qız övladı - Maks , 2017-ci ilin avqustunda isə ikinci qız övladları - Avqust dünyaya gəlib.

BAKU.WS
QALEREYA