SİZİN REKLAM BURADA!
055 213 76 73


Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putin həbs olunana qədər onun işi üzrə iclas keçirməyəcək.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Məhkəmənin sözçüsü Əl-Abdallahın bildirib.

“Biz onun (Putin - red.) iştirakı olmadan dinləmələr keçirə bilmərik. Ona görə də o həbs olunana qədər qiyabi məhkəmə iclasları keçirə bilmərik. Qərarlarımızı tanıyan digər ölkələrlə əməkdaşlıq yolu ilə bu işi həll etməyə çalışacağıq” – o qeyd edib.

Eyni zamanda, BCM sözçüsü əlavə edib ki, order Ukraynaya Putinin Roma Əsasnaməsini imzalayanların ərazisində olarsa, onun həbsini tələb etməyə imkan verir.

Xatırladaq ki, martın 17-də BCM Putinin ukraynalıların deportasiyasında günahkar olduğu üçün onun həbsinə order verib.

BAKU.WS