SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli model və aktrisa Deniz Akkaya 13 il həbs oluna bilər.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, “AHBAP” yardım dərnəyinin qurucusu müğənni Haluk Leventə qarşı irəli sürdüyü ağır iddialara görə 5 ayrı maddə üzrə ittiham olunur.

İstanbul şəhər Baş Prokurorluğuna edilən şikayətə əsasən, Denizin təşkilat və qurumu alçaltmaq, cəmiyyətə yanlış məlumat ötürmək, şəxsi təhdid etmək, ona söyüş söymək və böhtan atmaq maddələri ilə 13 illik həbsi tələb edilir.

Baş Prokurorluq Akkayanın da izahatına baxdıqdan sonra apardığı araşdırmaları yekulaşdıracaq və məhkəmədə onun 13 il həbsinə qərar veriləcək.

Xatırladaq ki, Deniz Akkaya Haluk Leventin çirkli pullara görə ittiham olunan iş adamı Sezgin Baran Korkmazla fotosunu paylaşaraq, “İki ay əvvəl pulunu aldığınız adamlar canlı yayıma çıxmağa hazırlaşır”, - sözlərini yazıb.

Baş verənlərdən sonra Haluk həmişə hədəf göstərilməkdən bezərək tvitter hesabını bağlamaq istəyib. Lakin qısa müddət sonra bu qərarından daşınıb.

BAKU.WS