SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin komandiri, briqada generalı Viktor Xorenko Ukrayna Silahlı Qüvvələrinin səkkiz aydan artıqdır müdafiə etdiyi "Şərq qalası" Baxmutu ziyarət edib.

BAKU.WS UNİAN-nın teleqram kanalına istinadən xəbər verir ki, Komandir Baxmutu müdafiə edən və Donetsk, Luqansk vilayətləri ərazisində tapşırıqları yerinə yetirən tabeliyindəki bölmələrin işinə baxış keçirib.

"Baxmutun müdafiəsində iştirak edən Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin bütün bölmələri onlara verilən tapşırıqları dəqiq yerinə yetirirlər. Əsgərlərimiz daim son dərəcə çətin şəraitdə işləyirlər və düşmən qüvvələrinin sayının hər gün azaldılması üçün hər şeyi edirlər", - deyə Xorenko vurğulayıb.

BAKU.WS
QALEREYA