SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Parlamenti Gürcüstanı keçmiş prezident Mixeil Saakaşvilini əfv etməyə və azad etməyə çağıran qətnamə qəbul edib.

“Onun kəskin arıqlaması və həbsdə olarkən ağır metaldan zəhərlənməsi ilə bağlı məlumatları nəzərə alan Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırır”, - qətnamədə deyilir.

Avropa Parlamentinin deputatları həmçinin Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini keçmiş dövlət başçısını əfv etmək üçün konstitusion hüququndan istifadə etməyə səsləyiblər.

Deputatlar Gürcüstan hakimiyyətinə xatırladıblar ki, onlar Saakaşvilinin sağlamlığının təmin edilməsinə, ona lazımi tibbi müalicənin göstərilməsinə və fundamental hüquqlarına hörmət edilməsinə cavabdehdirlər.

Mənbə: rbc.ua

BAKU.WS