SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəni dərindən yaralayan zəlzələnin açdığı yaraları sarımaq üçün hər kəsin səfərbər olduğu bir vaxtda, bir nəfər Hatayın Antakya rayonunda yardım ləvazimatlarını oğurlayaraq gizlədib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs polis tərəfindən yaxalanıb.

Onun evinin anbarına baxış zamanı müəyyən edilib ki, həmin şəxs əlbir olduğu adamlarla birgə 6 saat ərzində 3 yük maşınında olan humanitar yardımları oğurlayaraq gizlədib.

Anbardan 4 paket uşaq bezi, yarım yük maşını su, 2 maşından artıq tekstil materialları və paltarlar, 4 paket yumurta və müxtəlif ərzaq məhsulları götürülüb.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO