SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın Karaqanda vilayətində taxıl daşıyan yük qatarının 19 vaqonu relsdən çıxıb. 

BAKU.WS Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Karaqanda-Akadır xəttində 19 vaqon relsdən çıxıb.

"Dekabrın 28-də səhər saat 7:45-də Karaqanda-Akadır xəttinin Karabas stansiyasında yük qatarında 19 vaqon relsdən çıxıb. Ölən və xəsarət alan olmayıb", - deyə dəmir yolu şirkətdən bildirilib.

İlkin məlumatlara görə, qəza fərdi sahibkara məxsus birinci taxıldaşıyan vaqonun təkər dəstinin tıxanması nəticəsində baş verib.

Baş verən qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

BAKU.WS
VİDEO

QALEREYA