SİZİN REKLAM BURADA!
055 213 76 73


“Satıcı” (2016-cı il) filmində rol alan iranlı məşhur aktrisa Təranə Əlidusti İslam Respublikasında yalan məlumat yaymaq və anti-İran hərəkatını dəstəkləmək ittihamı ilə həbs edilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Tasnim" agentliyi məlumat yayıb.

Qeyd edək ki, aktrisa dünən saxlanılmışdı.

Əlidusti həmçinin “Gözəl şəhər” (“Şəhr-e ziba”, 2009), “Hər kəsin öz kinosu var” (“Chacun son cin ma”, 2007), “Ellinin hekayəsi” (“Darbareye Elly”, 2009) kimi filmlərdə də rol alıb.

BAKU.WS