SİZİN REKLAM BURADA!
055 213 76 73


“American Journal of Geoscience” jurnalında Marsda baş verən ən böyük zəlzələ haqqında elmi məqalə dərc edilib.

BAKU.WS "Gazeta.ru"ya istinadla xəbər verir ki, təkanlar keçmişin ən əhəmiyyətli seysmik hadisəsindən ən azı 5 dəfə güclü olub və “qırmızı” planetdə ən böyük zəlzələ sayılır.

Zəlzələ NASA-nın “InSight Mars Lander” gəmisindəki seysmometr tərəfindən qeydə alınıb.

Alimlərin fikrincə, Marsda seysmologiya prosesləri planetin səthinin altında nəyin yatdığı barədə daha yaxşı mülahizələr yürütməyə imkan verir (bura su tapmaq da daxildir), həmçinin planetin qabığının və dərin daxili hissəsinin necə qurulduğuna dair bir anlayış yaranır.

Yerdə olduğu kimi, Marsda da əksər zəlzələlərin “torpaq” kütlələrinin hərəkəti nəticəsində baş verdiyi düşünülür.

Məqalədə sözügedən zəlzələnin bu ilin mayın 4-də baş verdiyi və 4,7 bal gücündə olan zəlzələnin “uzun saatlar” davam etdiyi vurğulanıb.

Bundan əvvəlki ən güclü zəlzələ 2021-ci ilin avqustunda qeydə alınıb. Onun maqnitudası təxminən 4,2, may ayında baş verən zəlzələ isə 4,7 bal gücündə olub.

BAKU.WS