SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbul şəhərinin İstiqlal küçəsində bombalı hücumu həyata keçirən terrorçu Əhlam Əlbəşir də daxil olmaqla 17 şübhəli həbs edilib.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, partlayışla əlaqədar İstanbul Cümhuriyyət Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 8 prokuror və 2 baş prokuror müavini vəzifələndirilib.

Qeyd edək ki, noyabrın 13-ü saat 16:14-də İstiqlal küçəsində baş verən terror aktında 6 nəfər həyatını itirib, 81 nəfər isə yaralanıb.

BAKU.WS