SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbuldadır.

BAKU.WS ntv-yə istinadən xəbər verir ki, onlar təyyarə ilə İstanbula aparılıblar.

*** 14:08

Ölkəmizdə səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb.

BAKU.WS xəbər verir ki, bunu Türkiyə səfiri Cahit Bağcı tvitterdə yazıb.

O, paylaşımda Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:

"Cənab Prezident İlham Əliyev Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan qardaşımıza klinikada baş çəkib. Diqqətinə görə cənab Prezidentə çox təşəkkür edirəm. Var olsun”.

BAKU.WS