SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Türkiyənin Bartın vilayətindəki daş kömür mədənində partlayış baş verib. 

BAKU.WS xəbər verir ki, Amasra bölgəsində yaşanan bədbəxt hadisəni eşidən mədən işçilərinin ailə üzvləri və yaxınları həmin əraziyə axın ediblər.

Atası dağıntılar altında qalan gənclərdən birinin kədərli görüntüləri ətrafdakılara ürək ağrısı yaşadıb. 

O, ağlayaraq "Atama bir şey olsa, mən bu dərdə dözə bilmərəm" deyib. Sosial şəbəkələrdə yayılan video hər kəsi çox təsirləndirib. 

Son məlumatlara görə, dəhşətli faciə zamanı həlak olan işçilərin sayı 28-ə çatıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca 6-sı İstanbulda, 5-i Bartında olmaqla 11 xəstənin müalicəsi üçün lazım olan hər şey edildiyini bildirib.

Qeyd edək ki, dağıntılar altında ümumilikdə 87 nəfər olub.

BAKU.WS
VİDEO

QALEREYA