SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Krım körpüsünün hissələrinin birində yanğın baş verib.

BAKU.WS-in Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, yanacaq çəni dolu yük maşınının partlaması nəticəsində meydana gəlib. 

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb. 

Qeyd edək ki, Rusiya müharibənin başladığı ilk ərəfələrdə körpünün "S-400"lər tərəfindən qorunduğunu açıqlamışdı. Krım körpüsünün uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

Partlayış anının videosunu təqdim edirik. 

BAKU.WS
VİDEO