SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada Rusiyanın 380, ümumilikdə isə 62 060 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 472 tank, 5 111 zirehli maşın, 1 459 artilleriya sistemi, 345 reaktiv yaylım atəşi sistemi, 180 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 234 helikopter, 1 079 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 875 avtomobil və avtoçən, 136 xüsusi texnikadan ibarətdir.

BAKU.WS