SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər edib.

BAKU.WS xəbər verir ki, Türkiyə dövlət başçısı BMT Baş Assambleyasının 77-ci sessiyasına qatılmaq üçün ABŞ-a yollanıb. 

Ərdoğanı hava limanında Türkiyədən olan rəsmi şəxslər qarşılayıblar. Onlar arasında qardaş ölkənin BMT-dəki daimi nümayəndəsi Feridun Siniroğlu və Türkiyənin Vaşinqtondakı səfiri Hassan Murat Mercan yer alıb.

Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirakı ilə yanaşı, bəzi görüşlər də keçirəcək.

BAKU.WS