SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə mütəşəkkil cinayətkar qrupa rəhbərlik etməkdə təqsirli bilinən və xarici ölkəyə qaçan Sedat Pekerin İstanbulun Beykoz rayonundakı evinə silahlı basqın edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "haberler.com" saytı məlumat yayıb.

Silahlı hücum zamanı evdəki şəxslərdən biri, Yılmaz Günay 3 güllə yarası alıb. Onun xəstəxanaya yerləşdirildiyi, lakin vəziyyətinin ağır olduğu deyilir.

Bildirilir ki, səhər saatlarında evin qarşısında dayanan maşındakı şəxslər atəş açmağa başlayıblar.

BAKU.WS