SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlandı.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Döyüşlər nəticəsində Rusiyanın 30 350 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 349 ədəd tankı, 3 282 ədəd zirehli döyüş maşını, 643 ədəd artilleriya sistemi, 205 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarəsi, 174 ədəd helikopteri, 118 qanadlı raketi, 2 258 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 507 ədəd dronu və 48 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS