SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 29 450 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, Rusiya tərəfinin 1 305 ədəd tankı, 3 213 ədəd zirehli döyüş maşını, 606 ədəd artilleriya sistemi, 201 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 112 qanadlı raket, 2 218 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 491 ədəd dronu və 44 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS