SİZİN REKLAM BURADA!
055 213 76 73


Meksika polisi narkotacirlərin istifadə etdiyi yeraltı tunel aşkar edib.

BAKU.WS xəbər verir ki, Pablo Eskobar davamçıları Meksikanın Tijuana şəhərindən ABŞ-ın Kaliforniya ştatının Otay Mesa şəhərindəki anbara qədər uzanan narkotik tuneli çəkiblər.

Yeraltı keçidin uzunluğu 531 metr, dərinliyi isə 18 metrdir. Tunel möhkəmləndirilmiş divarlar, dəmir yol, havalandırma sistemi və elektrik enerjisi ilə təmin edilib.

Narkotacirlərin istifadə etdiyi tunel federal narkotik araşdırması zamanı aşkar edilib. Əməliyyat zamanı 800 kq kokain satmaq istəyən 6 nəfər saxlanılıb.

BAKU.WS
VİDEO

QALEREYA