SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 23 000 hərbçisi zərərsizləşdirilib.

Həmçinin, hücum edən tərəfin 986 ədəd tankı, 2 418 ədəd zirehli döyüş maşını, 435 ədəd artilleriya sistemi, 151 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 73 hava hücumundan müdafiə sistemi, 189 ədəd hərbi təyyarəsi, 155 ədəd helikopteri, 1 695 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 229 ədəd dronu, 31 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

BAKU.WS