SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların detallarını açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Quterreş Ukrayna lideri ilə Mariupoldan təxliyə ilə bağlı intensiv müzakirələr apardığını bildirib.

“Biz insanların Azovstaldan təxliyəsi üçün əlimizdən gələni edirik”, - BMT baş katibi deyib.

Dünya təşkilatının rəhbəri Mariupoldakı vəziyyəti böhran daxilində böhran adlandırıb.

Xatırladaq ki, aprelin 28-də BMT baş katibi Antoniu Quterreş dağıdılmış Borodyankaya səfər edib. O, gördüklərindən dəhşətə gəldiyini qeyd edib.

BAKU.WS