SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rusiya prezidenti Vladimir Putinə zəng etməyin heç bir mənası yoxdur. Çünki o, uktraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istəmir və sülh axtarışında deyil”.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqi ölkəsinin “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.

“Sona qədər ümid edirdim ki, Putin bunu etməyəcək. Müharibə başlamazdan əvvəl ona zəng vurdum. Lakin bir neçə həftə sonra o, hücuma keçdi. Onunla sona qədər danışmağa çalışdım. Hələlik Putinin məqsədi sülh axtarmaq deyil. Onun niyyəti Ukraynanın müqavimətini qırmaq, ölkəni işğal etməkdir”, - hökumət başçısı söyləyib.

O, İtaliyanın Ukraynanın yanında olacağını bildirib. “Səfirliyimiz artıq Kiyevdə işini bərpa edib. Bir çoxları kimi, mən də düşünürdüm ki, Rusiyanın sürətli qələbəsi qonşu dövlətlər üçün təhlükə olacaq. Lakin bu, baş vermədi. Qələbə olmadı və bunun nə vaxt olacağını da bilmirik. Prezident Zelenskinin dediyi kimi, Ukraynada xalq orduya çevrilib. Biz uzun sürən zorakılıq və dağıntılarla qarşı-qarşıyayıq. Bu müharibə davam edəcək. Bununla belə, Ukrayna xalqının Rusiyanı qəbul edə biləcəyinə dair heç bir əlamət yoxdur”.

M.Draqi V.Putinlə telefon danışığı zamanı Ukrayna Prezidenti V.Zelenski ilə mümkün görüşü barədə soruşduğunu da xatırladıb.

“Putin dedi ki, bunun vaxtı hələ çatmayıb. Mən atəşkəs barədə təkid edəndə o, bunun da vaxtının hələ çatmadığını vurğuladı. Bir neçə gün ərzində yenidən danışacağımıza söz verərək vidalaşdıq. Amma sonra Buçadan dəhşətli xəbərlər gəldi. Beləliklə, mən başa düşdüm ki, danışıqlar, həqiqətən, mənasızdır”,- İtaliyanın Baş nazir əlavə edib.

BAKU.WS