SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstriya kansleri Karl Nehammer Ukraynaya səfər edib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə kanslerin mətbuat xidməti bildirib.

K.Nehammerin paytaxt Kiyevdə ölkə prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqalla görüşü planlaşdırılır.

Bundan başqa, kansler V.Zelenskinin dəvəti ilə Buça şəhərinə də gedəcəyini bildirib.

Xatırladaq ki, ötən gün Slovakiyanın baş naziri Eduard Heger və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya səfər etmişdi.

BAKU.WS