SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna ABŞ Konqresinə Rusiyaya qarşı müdafiə olunmaq üçün ehtiyacı olan silahların siyahısını təqdim edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, siyahıya kəşfiyyat-zərbə dronları, taktiki radarlar, radioelektron mübarizə sistemləri və döyüş təyyarələri, xüsusən “Su-25”lər daxil olub.

Bundan əlavə, artilleriya sistemləri, zenit-raket kompleksləri, tankəleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə cihazları da Ukraynanın ehtiyacı olduğu silahlar siyahısına daxil edilib.

Ukrayna tərəfi eyni zamanda yaralanmış hərbçilərin müalicəsi və zirehli texnikaların qonşu ölkələrdə təmiri üçün köməyə ehtiyacı olduğunu bildirib.

BAKU.WS