SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətləri arasında İstanbulda keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna heyətinin nümayəndəsi David Araxamiya teleqramda yazıb.

“Biz hələ də yoldayıq, logistik çətinliklərə görə gəlişimiz kifayət qədər gec vaxta gözlənilir. Rusiya nümayəndə heyəti də yarım saat əvvəl yola düşüb, onlar da təqribən saat 21:00-da çatacaqlar. Ona görə qərara gəldik ki, hamı gəlsin, yerləşsin, sabah səhər saat 10-da danışıqlara başlayaq”, - Ali Radanın deputatı vurğulayıb.

***09:49

Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin növbəti görüşü keçiriləcək.

BAKU.WS-in məlumatına görə, tərəflər arasında danışıqlar martın 28-30-da baş tutacaq.

Xatırladaq ki, Ukrayna və Rusiyanın danışıqlar üzrə nümayəndə heyətlərinin sonuncu görüşü martın 21-də videokonfrans formatında olub.

BAKU.WS