SİZİN REKLAM BURADA!
055 213 76 73


NATO-nun Brüsseldə keçirilən fövqəladə sammitində təşkilatın Ukraynaya yardım ilə bağlı qəbul etdiyi qərarlar açıqlanıb.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, NATO baş katibi Yens Stoltenberq Ukraynaya kibertəhlükəsizlik və hərbi texnika yardımı edəcəklərini bildirib.

"Ukraynaya bioloji, kimyəvi, radioloji və nüvə təhdidlərinə qarşı müdafiə təmin etmək üçün kibertəhlükəsizlik və hərbi texnika baxımından köməklik etməklə bağlı qərar verdik. Kimyəvi silahların hər hansı formada tətbiqi münaqişənin şəklini tamamən dəyişdirəcək. Toqquşmanın Avropada müharibəyə - NATO-Rusiya müharibəsinə çevrilməsinin qarşısını almalıyıq", - deyə Stoltenberq vurğulayıb.

BAKU.WS