SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 847 dinc sakin ölüb, 1 399-ü isə yaralanıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi yayıb.

Bildirilib ki, real rəqəmlər bundan çox ola bilər. 3 milyon 63 mindən çox ukraynalı hərbi əməliyyatlara görə xaricə, əsasən Polşaya köçüb, yəni, qaçqın düşüb.

Qeyd edək ki, yerli hakimiyyət təkcə Ukraynanın Mariupol şəhərində Rusiyanın hərbi müdaxiləsi nəticəsində 2 mindən çox dinc sakinin öldüyünü bildirmişdi.

BAKU.WS