SİZİN REKLAM BURADA!
055 213 76 73


Rus ordusu Mariupoldakı “Azovstal” metallurgiya zavodunu ələ keçirməyə çalışır.

BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirinin müşaviri Vadim Denisenko məlumat verib.

Onun sözlərinə görə, rus ordusu metallurgiya zavodunu, demək olar, məhv edib.

"Mariupolda vəziyyət dəhşətlidir, indi "Azovstal" uğrunda döyüşlər gedir. Bizdə olan məlumatlara görə, deyə bilərik ki, biz bu iqtisadi nəhəngi itirmişik, Avropanın ən böyük zavodlarından biri faktiki olaraq məhv edilir", - deyə Denisenko bildirib.

BAKU.WS