SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəyə silah tədarükü məsələsində əhəmiyyətli irəliləyiş olduğunu açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə ukraynalı nazir feysbuk hesabında yazıb.

“Silah və hərbi sursat tədarükü ilə bağlı şərh verməyəcəyəm - bu, incə məqamdır. Qoy düşməni sürpriz gözləsin. Bilin: əhəmiyyətli irəliləyiş var”, - deyə nazir bildirib.

Həmçinin Reznikov qeyd edib ki, hazırda tərəfdaşlardan hava və raket hücumundan müdafiə sistemlərinin alınması üzərində iş gedir.

BAKU.WS
VİDEO